Ceyhun Nuriyev: "Yoldaşlıq oyunu olmağı bizə fərq etmir"

Xəbərlər
24 May 2025 16:34
36
Ceyhun Nuriyev: "Yoldaşlıq oyunu olmağı bizə fərq etmir"

"Milli komandada oynamaq mənim üçün ən qürurverici anlardan biridir".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Ceyhun Nuriyev deyib.

O, Azərbaycan yığmasına dəvət alması ilə bağlı fikirlərini bölüşüb: "Çağırıldığım üçün çox sevincliyəm. Hər bir əsl azərbaycanlı kimi burada olmaqdan və oynamaqdan qürur duyuram. Qarşıda bizi 2 ağır sınaq gözləyir. Yoldaşlıq oyunu olmağı bizə fərq etmir. Var gücümüzü qoyacıyıq meydanda. İnşallah, bizə yaraşan nəticəni əldə edərik"

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya, üç gün Bakıda Macarıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

İdman.biz