Azərbaycan klubları bu xəbərə sevinəcək

Xəbərlər
22 May 2025 10:42
52
Azərbaycan klubları bu xəbərə sevinəcək

UEFA 2024-2028-ci illərdə milli komandalara futbolçu göndərən klublara ümumilikdə 244 milyon avro paylayacaq.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərindəki iclasında qəbul olunub.

Müvafiq məbləğ Avropa Klublar Assosiasiyası (ECA) ilə qarşılıqlı razılaşma əsasında ayrılıb.

Əslində bu vəsaitin həcmi 240 milyon avro olmalı idi. Lakin əvvəlki seçmə tsiklin bölgüsündən 7 milyon avro da qalıb. Bu vəsaitin 3 milyon avrosu ECA-nın təklifi əsasında qadınlar arasında 2025-ci il Avropa çempionatında futbolçu ilə təmsil olunan klublar üçün güzəşt proqramındakı 6 milyon avroluq vəsaitə əlavə ediləcək. Nəticədə qadın futboluna ayrılan həmin məbləğ 9 milyon avroya çatdırılacaq.

Qalan 4 milyon avro isə 240 milyon avronun üzərinə gələcək.

Beləliklə, 244 milyon avroluq yekun məbləğin 104 milyon avrosu UEFA Millətlər Liqasında 2024/2025 və 2026/2027 mövsümlərindəki oyunları, eləcə də 2026 - 2028-ci illərdə keçiriləcək seçmə matçları əhatə edəcək. 140 milyon avroluq hissə isə AVRO-2028-ə oyunçu göndərən klublar arasında bölüşdürüləcək.

İdman.biz