Azərbaycan çempionu bu gün mükafatlandırılacaq

Xəbərlər
22 May 2025 09:36
54
Azərbaycan çempionu bu gün mükafatlandırılacaq

Azərbaycan çempionatının II Liqasında 2024/25 mövsümünün mükafatlandırma mərasiminin vaxtı və yeri dəqiqləşib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Mükafatlandırma mərasimi bu gün keçiriləcək. Tədbir Binə qəsəbə stadionunda baş tutacaq.

Saat 16:00-da başlayacaq mərasimdə II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək. Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.

Qeyd edək ki, II Liqada “Şahdağ Qusar” çempion olub. “Şəfa” 2-ci, “Şimal” 3-cü yeri tutub. 31 qol vuran Vidadi Cəfərov (“Şəmkir”) yarışın bombardiri olub.

İdman.biz