"Şahdağ Qusar" çempion olub - VİDEO

Xəbərlər
21 May 2025 20:13
81
"Şahdağ Qusar" çempion olub - VİDEO

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2024/2025 mövsümə yekun vurulub.

İdman.biz xəbər verir ki, 26 turun nəticələrinə görə, "Şahdağ Qusar" 1-ci yeri tutub.

72 xal toplayan çempionu bir xal fərqlə "Şəfa" izləyib. 58 xala malik "Şimal" isə 3-cü pilllədə qərarlaşıb. İlk 3 pillənin sahibi növbəti mövsümdə 1-ci Liqada oynamaq hüququ qazanıblar.

Mövsümün 4-cü yerdə bitirən "Hypers Quba" (51 xal) isə 1-ci Liqanın 9-cusu ilə pley-off oynayacaq.

Qeyd edək ki, sonuncu yeri tutan "Füzuli" (15 xal) liqanı tərk edib.

İdman.biz