"Turan Tovuz"da Kurban Berdıyev müəmması

Xəbərlər
3 İyun 2025 10:49
58
"Turan Tovuz"da Kurban Berdıyev müəmması

"Turan Tovuz"da baş məşqçi ilə bağlı qeyri-müəyyənlik yaşanır.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "boz qurdlar"ın baş məşqçisi Kurban Berdıyev rəhbərliyin zənglərinə cavab vermir.

İyunun 1-də və ya 2-də baş məşqçinin iştirakı ilə klub rəhbərliyinin iclası keçirilməli idi. Toplantıda yeni mövsümlə bağlı planlar cızılmalı və yeni heyətin formalaşdılması ilə bağlı qərarlar qəbul olunmalı idi. Ancaq mövsümün sonunda Rusiyaya yollanan Berdıyevdən səs-soraq yoxdur. Rəsmilər bu günlərdə bir neçə dəfə 72 yaşlı mütəxəssislə əlaqə saxlamaq istəsələr də, bu, mümkünsüz olub. Berdıyev Azərbaycandan gələn zənglərə cavab vermir.

Qeyd edək ki, Berdıyevin çalışdırdığı "Turan Tovuz" 2024/25 mövsümünü 4-cü pillədə başa vurub və avrokuboklardan kənarda qalıb.

İdman.biz