Dünya çempionatının açılış mərasimi keçirilib - FOTO/VİDEO

Xəbərlər
21 May 2025 20:24
96
Dünya çempionatının açılış mərasimi keçirilib - FOTO/VİDEO

Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı başlayıb.

İdman.biz xəbər verir ki, yarışın açılış mərasiminə start verilib.

Milli Gimnastika Arenasında keçirilən mərasimdə Azərbaycan milli sənəti ilə müşayiət olunan musiqi şousu ilə nümayiş etdirilib.

Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye öz bacarığını göstərib.

Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış ediblər.

Mərasimdən sonra Azərbaycan yığması Bəhreynlə görüşəcək.

İdman.biz