Qurban Qurbanov “Barselona”nın düşərgəsində

Xəbərlər
21 May 2025 17:17
51
Qurban Qurbanov “Barselona”nın düşərgəsində

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən İspaniyaya yola düşüb.

İdman.biz QOL.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin “Barselona”nın düşərgəsində klubun baş məşqçisi Hans Fliklə görüşü gözlənilir.

Səfər üç gün müddətini əhatə edir.

Qeyd edək ki, Qurvan Qurbanov bugünlərdə verdiyi açıqlamasında Hans Flikin iş prinsipi onun marağına səbəb olduğunu və buna görə də Kataloniya klubunun düşərgəsinə yollanmaq istədiyini demişdi.

İdman.biz