AFFA “Metak”ın U-14 komandasının baş məşqçisi Vüqar Asəliyevi cəzalandırıb.
İdman.biz xəbər verir ki, buna U-14 Liqasında keçirilən “Neftçi” İK İB – “Metak” matçına baş verənlər səbəb olub.
Asəliyev görüşün 18-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsi çalışdırıcını 5 oyun cəzalandırıb.
İdman.biz