“Füzuli”nin futbolçusuna PFL-dən mükafat

Xəbərlər
20 May 2025 17:41
83
“Füzuli”nin futbolçusuna PFL-dən mükafat

II Liqada "Ayın qolu" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

"Füzuli"nin futbolçusu Elgün Abbaslı mükafatlandırılıb. Aprel ayının ən yaxşı qolunun müəllifinə təltif olunma mərasimi XXVI turun "Füzuli" – "Lerik" oyunundan əvvəl baş tutub. Ona mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.

İdman.biz