Vasili Berezutski MOİK-də çalışmaq variantına aydınlıq gətirib: “Hər şey mümkündür”

Xəbərlər
20 May 2025 16:08
90
Vasili Berezutski MOİK-də çalışmaq variantına aydınlıq gətirib: “Hər şey mümkündür”

“Sabah”da hər şey qaydasındadır. Mövsümün sonuna qədər çempionatın bir turu və kubokun finalı qalıb”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın rusiyalı baş məşqçisi Vasili Berezutski deyib.

43 yaşlı mütəxəssis Rusiyanın “Sovetski sport” nəşrinə açıqlamasında vaxtilə formasını geyindiyi MOİK-ə məşqçi kimi qayıtmaq variantına münasibət bildirib: “MOİK-i çalışdırmaq? Mən gələcəyi görməyi bacarmıram. Bu dünyada hər şey mümkündür. MOİK-in baş məşqçisi Marko Nikoliç məni kluba işləməyə çağırmayıb”.

Qeyd edək ki, Misli Premyer Liqasının 35 turundan sonra turnir cədvəlində 5-ci olan “Sabah” Azərbaycan kubokunun mayın 31-də keçiriləcək final matçında “Qarabağ”la qarşılaşacaq.

İdman.biz