"Komandamızın da, oyunçularımızın da final görüşünə tam motivasiyalı çıxacağına inanıram".
İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın idman direktoru Emrah Çelikel Sportal.az-a açıqlamasında deyib.
O, klub rəsmisi ölkə çempionluğunun sevincini yaşadıqlarına görə çox xoşbəxt olduğunu bildirib: "Mövsümü "qızıl dubl"la başa vurmağa çalışacağıq, kubokun finalında da bunun üçün əlimizdən gələni edəcəyik. Əlbəttə ki, avrokuboklar öncəsi kubokda uğur bizim üçün böyük stimul olardı".
Çelikel yeni mövsüm üçün heyəti gücləndirməyə çalışdıqlarını da dilə gətirib: "Mütləq ki, transferlər olacaq. Kubok finalından sonra planlarımız daha da dəqiqləşəcək, bəlli olacaq. Legioner limitinin ləğvinin transferlərə təsir edib-etməyəcəyinə gəldikdə, əlbəttə ki, hamıya necə, bizə də elə. Bütün klublara, büdcələrə və transferlərə təsir göstərəcək".
İdman.biz