"Qarabağ" klubu mükafatlandırılıb - FOTO/VİDEO

Xəbərlər
18 May 2025 22:14
70
"Qarabağ" klubu mükafatlandırılıb - FOTO/VİDEO

Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" klubu mükafatlandırılıb.

İdman.biz xəbər verir ki, tədbir “Azersun Arena"da keçirilib.

Qızıl medalları "Qarabağ"ın məşqçi və futbolçuları, həmçinin texniki heyətinə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və "Qarabağ"ın prezidenti Tahir Gözəl təqdim ediblər.

Qeyd edək ki, "Qarabağ" cari mövsüm başa çatmasa da, çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Aytac Sahəd
İdman.biz