Azərbaycanda böyük azarkeş kütləsinə malik "Qalatasaray"ın ardıcıl 3-cü, ümumilikdə isə 25-ci dəfə Türkiyə çempionluğunu qazanması Bakıda da qeyd olunub.
İdman.biz -in məlumatına görə, "sarı-qırmızılar"ın fanatları həm Bakı bulvarında, həm də paytaxtın mərkəzi küçələrində sevimli komandalarının uğurunu coşqu ilə bayram ediblər.
Qeyd edək ki, ən yaxın izləyicisi "Fənərbaxça"nı 8 xal qabaqlayan "Qalatasaray"ın finişə iki tur qalmış Super Liqanın qalibi olması rəsmiləşib.
İdman.biz