Futbol üzrə İran çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, qızıl medalları öncədən təmin edən “Traktor”un mükafatlandırılması son oyun günündə baş tutub.
Təbriz təmsilçisi səfərdə “İstiqlal”la (Xuzestan) qarşılaşıb. Çempion rəqib meydanında 3:1 hesabı ilə qalib gəlib.
Görüş bitdikdən sonra “Traktor”un futbolçularına qızıl medallar təqim olunub. Təbriz təmsilçisi çempionluq kubokunu da alıb.
Bu tarixi hadisə Təbrizdə də xüsusi qeyd olunub. “Traktor”un minlərlə azarkeşi küçələrə axışaraq bayram edib.
Qeyd edək ki, çempion mövsümün 30 matçında 68 xal toplayıb. Digər mükafatçılar “Sepahan” və “Persepolis” 8 xal geri qalıblar.
İdman.biz