Çempion bu gün "Kəpəz"lə oyundan sonra mükafatlandırılacaq

Xəbərlər
18 May 2025 15:21
36
Çempion bu gün "Kəpəz"lə oyundan sonra mükafatlandırılacaq

Bu gün Misli Premyer Liqasında 36-cı turun "Qarabağ" - "Kəpəz" oyunundan sonra mükafatlandırılma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, mərasim "Azərsun Arena"da baş tutacaq.

Mövsümün qalibi "Qarabağ"a AFFA və PFL rəhbərliyi tərəfindən çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

Saat 19.00-da başlayacaq matç üçün 2500 bilet satılıb. Biletlər sektorlardan asılı olaraq 3, 7 və 15 manatdı.

Qeyd edək ki, "Qarabağ" tarixində 12-ci dəfə çempionluq kubokunu qazanıb.

İdman.biz