“Kəpəz”in yeni mövsümə Azər Bağırovla başlayacağı dəqiqləşib

Xəbərlər
16 May 2025 11:03
55
“Kəpəz”in yeni mövsümə Azər Bağırovla başlayacağı dəqiqləşib

“Kəpəz”də baş məşqçi məsələsinə nöqtə qoyulub. Gəncə təmsilçisi yeni mövsümə də hazırkı baş məşqçi Azər Bağırovun rəhbərliyi altında başlayacaq.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, iki gün əvvəl klubun yeni rəhbərliyi ilə mütəxəssis arasında Bakıda görüş keçirilib.

Rəhbərlik baş məşqçiyə istəklərini çatdırıb. Bağırov da yeni mövsümlə bağlı planlarını açıqlayıb.

Yekunda qərara alınıb ki, Azər Bağırov klubdakı fəaliyyətini davam etdirsin.

Bununla da Mirça Rednikin tezliklə Gəncə klubunun baş məşqçisi olacağı barədə iddialar təsdiqini tapmayıb.

İdman.biz