Bu gün Türkiyə kubokunun 2024/25 mövsümünə yekun vurulub.
İdman.biz xəbər verir ki, mükafatın sahibi "Trabzonspor"la "Qalatasaray" arasında final oyununda bəlli olub.
Görüş Qaziantep stadionunda baş tutub. Ötən il finalda "Beşiktaş"a 2:3 hesabı ilə uduzan Trabzon təmsilçisi bu dəfə də həlledici matçda qələbə qazana bilməyib. 6 ildən sonra final həyəcanı yaşayan "Qalatasaray" 3 cavabsız qolla qalib gəlib. İstanbul təmsilçisi tarixində 19-cu dəfə kuboka sahib çıxıb.
Türkiyə kuboku
Final
14 may
21:45. "Trabzonspor" – "Qalatasaray" - 0:3
Baş hakim: Cinah Aydın
Qaziantep stadionu
İdman.biz