İngiltərə çempionu Nkunku ilə maraqlanır

Xəbərlər
16 May 2025 19:57
35
İngiltərə çempionu Nkunku ilə maraqlanır

"Çelsi"nin yarımmüdafiəçisi Kristofer Nkunku növbəti mövsümə yeni komandada başlaya bilər.

İdman.biz xəbər verir ki, "Liverpul" 27 yaşlı futbolçunu heyətində görmək istəyir.

Nkunku ilə artıq "Nyukasl" və "Bavariya" maraqlanır. London klubundakı durumundan narazı qalan Kristofer yayda təklifləri dəyərləndirəcək. 2023-cü ildən "Çelsi"də çıxış edən futbolçunun komanda ilə 2029-cu ilədək müqaviləsi var.

Qeyd edək ki, Nkunku bu mövsümdə 42 oyunda 14 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz