"Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçadonun komandası ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
İdman.biz xəbər Sportal.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu müqavilə ilə bağlı yenilik olmadığını bildirib.
Maçado danışıqlarla bağlı bunları deyib: "Hələ ki heç nə bilmirəm. Mövsümün sonunda müqaviləm başa çatır. Gələcəkdə necə olacağını bilmirəm. Amma dəqiq odur ki, hələ müqaviləni yeniləməmişəm".
Qeyd edək ki, 34 yaşlı hücumçu 2024-cü il iyulundan “Araz-Naxçıvan”da çıxış edir. Onun komanda ilə müqaviləsi bu il iyunun 30-na kimi nəzərdə tutulub.
İdman.biz