AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXXIV turunda baş verənlər müzakirə olunub.
“Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə Bakı klubu 500 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” matçında 6 futbolçusu sarı vərəqə alan Gəncə klubu 700 manat cərimə olunub. Meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” 1000 manat ödəyəcək. Görüş bitdikdən sonra “Kəpəz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.
“Sumqayıt”ın futbolçuları Rəşad Əzizli və Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 2-si şərti olmaqla 4 oyun cəzalanlblar. Sınaq müddəti 3 ay təyin edilib. Klub hər oyunçusu üçün 3000 manat cərimə olunub.
İdman.biz