“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiçin Futbolxeber.az saytına müsahibəsi
- Turnir cədvəli baxımından “Neftçi” üçün əhəmiyyət daşımayan oyunda “Turan Tovuz”u məğlub etdiniz. Səfərdə qazanılan qələbə nə dərəcədə çətin başa gəldi?
- Çətin oyun olacağını bilirdik. Tovuzda süni meydanda mübarizə aparmaq həmişə çətindir. Belə də oldu. Buna baxmayaraq, qələbə qazandıq və sevinirik.
- Avrokuboklar şansınızın olmadığını nəzərə alsaq, son turlar “Neftçi” üçün motivasiya nədir?
- Bəli, şansımız yoxdur. Amma “Neftçi”nin adı üçün oynayırıq. Sübut etməliyik ki, yaxşı formadayıq. Məqsədimiz qarşıdakı iki matçda da qalib gəlməkdir. Mövsümü major notda bitirmək istəyirik.
- “Neftçi”nin büdcəsi kifayət qədər böyük olsa da, ardıcıl ikinci ildir komanda avrokuboklardan kənarda qalır. Uğur qazanmağınıza nə mane olur?
- Maliyyə cəhətdən bir söz deyə bilmərəm. “Neftçi” böyük addır. Əlbəttə, avrokuboklara düşmədiyimiz üçün təəssüflənirik. Bu, bizi çox məyus edir. Nə qədər ağır olsa da, həqiqətən uğursuz mövsüm keçirdik. Danışmaq üçün artıq gecdir.
- Yeni mövsüm komanda bu uğursuzluğu unutdura biləcək?
- İndidən yeni mövsüm barədə nəsə deyə bilmərəm. Hələ qarşıda mövsümün son iki oyunu var. Həmin matçlarda qalib gəlməliyik.
- Azərbaycanda mövsümə kubokun finalı ilə yekun vurulacaq. Bir tərəfdə sabiq klubunuz “Qarabağ”, digər tərəfdə isə sizi mübarizədən kənarlaşdıran “Sabah”. Filip Ozobiç hansı komandanın kuboku qazanmasını istəyir?
- Düzdür, “Qarabağ”da 4-5 il oynamışam. Amma hazırda “Neftçi”nin futbolçusuyam. Məni ancaq bu komandanın çıxışı maraqlandırır. Ona görə də finalda kimin qalib olmasının fərqi yoxdur. Kim layiqdirsə, o da udsun.
İdman.biz