Millimizin futbolçusu "De Qrafşap"da?

Xəbərlər
13 May 2025 10:00
52
Millimizin futbolçusu "De Qrafşap"da?

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını yenidən Niderlandda davam etdirə bilər.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "De Qrafşap"a təklif olunub.

Bununla bağlı yekun qərarı klub rəhbərliyi verəcək.

Qeyd edək ki, mayın 3-də Finlandiyanın HİK klubu ilə yollarını ayıran Kökçü daha əvvəl Niderlandda "Valveyk", "Telstar" və "Eyndhoven" komandalarının formasını geyinib.

İdman.biz