"Sumqayıt" komandasını son iki oyuna hansı məşqçinin çıxaracağı bəlli olub

Xəbərlər
12 May 2025 15:39
65
"Sumqayıt" komandasını son iki oyuna hansı məşqçinin çıxaracağı bəlli olub

"Sumqayıt" komandasını Misli Premyer Liqasının son iki oyununa baş məşqçi kimi çıxaracaq şəxs müəyyənləşib.

İdman.biz xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müvəqqəti olaraq Vurğun Hüseynova tapşırılıb.

Qeyd edək ki, "Sumqayıt" bu gün baş məşqçisi Vaqif Cavadovla vidalaşdığını açıqlayıb. Komanda 35-ci turda "Turan Tovuz"la, 36-cı turda "Səbail"lə üz-üzə gələcək.

İdman.biz