Azərbaycanda 6-cı, "Qarabağ"da 5-ci - Bədavi Hüseynov

Xəbərlər
12 May 2025 10:42
55
Azərbaycanda 6-cı, "Qarabağ"da 5-ci - Bədavi Hüseynov

Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.

İdman.biz xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXXIV turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.

Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb.

Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb. Bu futbolçulardan 5-i "Qarabağ"da, 1-i isə “Xəzər Lənkəran”da buna nail olub.

1. Maksim Medvedev (“Qarabağ”) – 376

2. Qara Qarayev (“Qarabağ”) – 305

3. Aslan Kərimov (“Qarabağ”) – 268

4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254

Riçard Almeyda (“Qarabağ”) – 254

6. Bədavi Hüseynov (“Qarabağ”) - 250

İdman.biz