2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasını tərk edəcək klubun adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, sonuncu olacağı dəqiqləşən "Səbail" güclülər dəstəsini tərk edəcək.
“Səbail” Peşəkar Futbol Klubunun əsası 15.08.2016-cı ildə qoyulub. Komanda ilk - 2016/2017 mövsümündəcə uğurlu çıxış edərək, Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ qazanıb.
"Dənizçilər" ən yüksək nəticəyə 2018/2019 mövsümündə imza atıblar. Azərbaycan çempionatının bürünc medalını qazanan "Səbail" tarixində ilk və sonuncu dəfə Avropa Liqasında yarışıb.
Mövsümün bitməsinə iki tur qalmış "Səbail" 22 xalla 10-cu pillədə qərarlaşıb. Komanda 9-cu yerdə qərarlaşan "Kəpəz"dən 7 xal geri qalır.
Qeyd edək ki, növbəti mövsümdə Premyer Liqada komanda sayı 12-yə yüksələcək. 1-ci Liqada ilk 3 yeri tutan komandalar - "Qəbələ", "İmişli" və "Karvan" güclülər dəstəsində yarışacaq.
İdman.biz