Arda Turan "Şaxtyor"u çalışdıracaq.
İdman.biz xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, "Qalatasaray", “Atletiko” və “Barselona”nın nun keçmiş yarımmüdafiəçisi Ukrayna komandasının baş məşqçisi vəzifəsinə təyin olunmağa yaxındır.
38 yaşlı mütəxəssis mövsümü “Eyupspor”da başa vuracaq, bundan sonra yeni klubuna keçəcək. Məşqçiliyə 2023-cü ildə başlayan Arda Turanın rəhbərliyi altında Türkiyə klubu Super Liqaya vəsiqə qazanıb və hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Lakin Ukrayna mətbuatı onun "Şaxtyor"un baş məşqçisi vəzifəsinə yeganə namizəd olmadığını iddia edir.
Məlumata görə, "mədənçilər"in siyahısında ən azı altı ad var və potensial namizədlərdən biri də "Oleksandriya"nın hazırkı məşqçisi Ruslan Rotandır.
"Şaxtyor"un hazırkı baş məşqçisi Marino Puşiçin taleyi qeyri-müəyyən olaraq qalır. Bosniyalı 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin sonuna kimi də qala bilər. Yekun qərar Ukrayna çempionatında cari mövsüm və ölkə kubokunun finalı başa çatdıqdan sonra veriləcək.
“Şaxtyor” 28 turdan sonra 58 xalla Ukrayna çempionatında 3-cü pillədə qərarlaşıb.
İdman.biz