"İnter" Çempionlar Liqasının yarımfinalında Milanda "Barselona"ya əlavə vaxtda 4:3 hesabı ilə qalib gəldiyi oyundan rekord məbləğdə gəlir əldə edib.
İdman.biz xəbər verir ki, qarşılaşmanı 4253 nəfəri rəqib sektorunda olmaqla ümumilikdə 75504 tamaşaçı izləyib.
“Corriere dello Sport”un məlumatına görə, "İnter"in bilet satışından təxminən 14,7 milyon avro qazanıb. Bu, İtaliyada keçirilən oyun üçün indiyə qədər toplanan ən böyük məbləğdir.
Bundan əvvəl rekord 2023-cü ildə Çempionlar Liqası yarımfinalının cavab oyununda “Nerazzurri”nin 12,5 milyon avro qazandığı Milan derbisinə məxsus idi.
İdman.biz