Üç futbolçu üçün Azərbaycan çempionatı başa çatıb

Xəbərlər
7 May 2025 12:30
49
Üç futbolçu üçün Azərbaycan çempionatı başa çatıb

Azərbaycan çempionatının I Liqasında 2024/25 mövsümü üç futbolçu üçün başa çatıb.

İdman.biz xəbər verir ki, buna AFFA-nın İntizam Komitəsinin verdiyi cəzalar səbəb olub.

XXIV turun “Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Riad Abbaszadə və qonaqların oyunçusu Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 matç cəzalanıblar. Hər iki klub 300 manat cərimə edilib.

“Cəbrayıl”ın futbolçusu Tapdıq Əhmədov “Baku Sporting”lə görüşdə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Klub 200 manat cərimə edilib.

Çempionatın sonuna 3 tur qaldığı üçün Əhmədov cari mövsümün oyunlarını buraxacaq. Məmmədovla Abbaszadə isə təkcə son 3 matçı deyil, növbəti mövsümün ilk turunu da kənardan izləyəcək.

İdman.biz