AFFA-dan “Qarabağ”a xəbərdarlıq

Xəbərlər
7 May 2025 12:21
48
AFFA-dan “Qarabağ”a xəbərdarlıq

U-10 Liqasında keçirilən “Azərbaycan Qartalları” – “Qarabağ” oyunu bitdikdən sonra yaşananlara hüquqi qiymət verilib.

İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi baş verənlərə görə müvafiq qərarlar çıxarıb.

“Qarabağ”ın baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

“Qarabağ” azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə Ağdam təmsilçisinə xəbərdarlıq edilib.

İdman.biz