Azərbaycan klublarına Konfrans Liqasında 38 rəqib

Xəbərlər
5 May 2025 15:52
68
Azərbaycan klublarına Konfrans Liqasında 38 rəqib

Konfrans Liqasının 2025/26 mövsümünün ilk püşkatmalarına qatılacaq 38 komanda bəllidir.

İdman.biz xəbər verir ki, bu klublar Azərbaycanı təmsil edəcək iki komandanın potensial rəqibləridir.

I təsnifat mərhələsində 52 komanda 26 cüt təşkil edəcək. Onlardan 26-nın adı dəqiqləşib.

26 qalib ilk raunddan azad olan 62 komandaya qoşulacaq. Birbaşa bu mərhələdən yarışa başlayacaq 12 klub da bəllidir.

Azərbaycan təmsilçiləri də Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaq. “Zirə”, “Araz-Naxçıvan” və “Turan Tovuz” “üçlüy”ündən ikisi bu turnirdə mübarizə aparacaq.

Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Şemrok Rovers” (İrlandiya)
HİK (Finlandiya)
“Klaksvik” (Farer adaları)
“Vikinqur” (İslandiya)
“Larne” (Şimali İrlandiya)
“Payde” (Estoniya)
“Sent Patriks” (İrlandiya)

Səpələnməmişlər
“Dauqavpils” (Latviya)
SJK (Finlandiya)
“Runavik” (Farer adaları)
“Heqelman” (Litva)
“Nomme Kalyu” (Estoniya)
“Dinamo” (Tirana, Albaniya)
OFK (Monteneqro)
“Penibont” (Uels)
“Spaeri” (Gürcüstan)

Qeyri-müəyyənlər
“Jalgiris” (Kaunas, Litva)
“Ordabası” (Qazaxıstan)
“Torpedo” (Belarus)
“Sent Jozefs” (Cəbəllütariq)
“Dila” (Gürcüstan)
“Auda” (Latviya)
“Neman” (Belarus)
“Maqpies” (Cəbəllütariq)
“Torpedo” (Gürcüstan)
“Valyur” (İslandiya)

II təsnifat mərhələsi
Qeyri-müəyyənlər
“Vikinq” (Norveç)
“Rusenborq” (Norveç)
AİK (İsveç)
“Jilina” (Slovakiya)
“Astana” (Qazaxıstan)
“İlves” (Finlandiya)
“Droheda” (İrlandiya)
“Torshavn” (Farer adaları)
“Riqa” (Latviya)
“Akyureyri” (İslandiya)
“Danqannon” (Şimali İrlandiya)
“Banqa” (Litva)

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması iyunun 17-də olacaq. II təsnifat mərhələsinin püşkü isə ertəsi gün atılacaq.

Vüqar Xeyrullayev
İdman.biz