Elmar Baxşıyev: "Komandam öz istəyinə çatacaq"

Xəbərlər
3 May 2025 23:04
73
Elmar Baxşıyev: "Komandam öz istəyinə çatacaq"

"Maraqlı oyun alındı. Hər iki komanda oyunun dinamikasını artırmağa çalışırdı. Yaxşı rəqibə qarşı oynadıq. Komandam öz oyun stilindən əl çəkmək istəmirdi".

İdman. biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Sabah"la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 33-cü turu çərçivəsində öz meydanında qeydə alınmış 1:1 hesablı heç-heçəni şərh edib: "Yaxşı hücumlar qururduq. Sadəcə olaraq son nöqtəni qoymaqda çətinlik çəkirdik. Mövsümün sonudur. İnanıram ki, komandam qarşıdakı matçlarda daha inamlı və əzmkar olaraq öz istəyinə çatacaq. Rəqibin oyununa baxıb xoşbəxtlik axtarmaq fikrində deyiləm. Məni daha çox öz komandam düşündürür. Hər şeyi öz hesabımıza alındırmağa çalışacağıq. İstədiyim odur ki, oyunun tempi aşağı düşməsin. Hakimlər tempi düşürməsinlər".

Qeyd edək ki, "Araz-Naxçıvan" 55 xalla 3-cü pillədə qərarlaşıb.

İdman.biz