Kurban Berdiyev: "Araz-Naxçıvan"ın da büdrəməyini də gözləyəcəyik"

Xəbərlər
2 May 2025 22:50
72
Kurban Berdiyev: "Araz-Naxçıvan"ın da büdrəməyini də gözləyəcəyik"

"Zirə"nin güclü tərəfi nə idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Oyunçularımızı xəbərdar etməyimizə baxmayaraq, işə yaramadı".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "Zirə" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 33-cü turunda qeydə alınmış 0:1 hesablı məğlubiyyəti şərh edib: "Gəlin əvvəlcə harasa getməyin özü barədə düşünək. Təbii ki, belə oyunla harasa getmək çətindir. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım. Amma ümumilikdə yox. Həvəsli idik. Bu bizi razı saldı. Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim. "Araz-Naxçıvan"ın da büdrəməyini də gözləyəcəyik. Üç oyunumuz qalıb ki, onları qazanmalıyıq".

Qeyd edək ki, "Turan Tovuz" son 3 oyunda qələbə qazana bilməyib.

İdman.biz