“Metak”ın baş məşqçisinə ikiqat cəza

Xəbərlər
30 Aprel 2025 12:25
178
“Metak”ın baş məşqçisinə ikiqat cəza

“Metak” klubunun baş məşqçisi Mehman Səfərov cəzalanıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, eyni gündə iki oyunda etdiyi hərəkətalərin cəzasını alıb.

Səfərov U-14 Liqasında keçirilən “Caspian” – “Metak” qarşılaşmasının 7-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə AFFA baş məşqçini 5 oyunluq diskvalifikasiya edib.

Çalışdırıcı U-13 Liqasında keçirilən “Uğur” – “Metak” matçı bitdikdən sonra da fərqlənib. Səfərov hakimi təhqir və təhdid etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldırılıb. Bu üzdən baş məşqçi 5 oyun cəzalanıb.

İdman.biz