"Qalatasaray" keçmiş futbolçusunu geri qaytara bilər

Xəbərlər
22 Aprel 2025 11:24
228
"Qalatasaray" keçmiş futbolçusunu geri qaytara bilər

Saşa Boey Türkiyə çempionatına qayıda bilər.

İdman.biz xəbər verir ki, jurnalist Florian Plettenberq fransalı müdafiəçinin “Bavariya”da oyun təcrübəsinin azlığından narazı olduğunu bildirib.

Hələ yekun qərar olmasa da, Boey yayda Münhen klubundan gedə bilər.

"Qalatasaray"ın vəziyyəti izlədiyi deyilir. Boey 2021-2024-cü illərdə bu klubda çıxış edib.

24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb.

İdman.biz