Leandro Andrade: “Bu, bizim arzumuzdur”

Xəbərlər
20 Aprel 2025 15:55
286
Leandro Andrade:  “Bu, bizim arzumuzdur”

“Yaxşı performans sərgilədik. Qol vurmaq üçün xeyli şansımız var idi”.

İdman.biz xəbər verir ki, buni “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasının 31-ci turunda “Neftçi”ni 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Portuqaliyalı futbolçu qeyd edib ki, hesab arasındakı fərq daha böyük ola bilərdi: “Matçı daha yaxşı yekunlaşdıra bilərdik. Bir neçə dəfə dördüncü qolu vurmağa yaxın olduq. Lakin şanslarımızı boşa verdik. İstənilən halda qələbə qazandıq və buna görə xoşbətik. Artıq növbəti matçları düşünməliyik”.

Andrade Ağdam klubunun erkən çempion olmaq ehtimalına belə münasibət bildirib: “Bilirik ki, “Zirə” “Sumqayıt”la oyunda xal itirsə, çempionluğu rəsmiləşdirəcəyik. Təbii ki, hamı çempion olmaq istəyir. Bu, bizim arzumuzdur. Amma rəqiblər barədə düşünmürük. Biz üzərimizə düşəni edirik. Çempionluğu erkən təmin etsək belə, sona qədər matçlara ciddi yanaşacağıq”.

O, kubokun yarımfinal matçından da söz açıb: “Təbii ki, cavab oyununda qalib gəlmək istəyirik. Motivasiyamız yüksəkdir. İlk matçda uduzmuşuq. “Araz-Naxçıvan” güclü rəqibdir. Bununla belə, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz finala yüksəlməkdir”.

İdman.biz