“Fənərbaxça” “Anderlext”ə qalib gəlib, "Qalatasaray" Niderlandda uduzub - VİDEO

Xəbərlər
14 Fevral 2025 01:56
379
“Fənərbaxça” “Anderlext”ə qalib gəlib, "Qalatasaray" Niderlandda uduzub - VİDEO

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.

Türkiyə klubları da meydana çıxıb. “Fənərbaxça” “Anderlext”i qəbul edib. Joze Mourinyonun komandası inamlı oynayaraq, rəqibin qapısından 3 cavabsız top keçirib.

“Qalatasaray” isə “Alkmaar”ın qonağı olub. 1:4 hesabı ilə uduzan Türkiyə çempionu cavab matçı öncəsi işini çətinə salıb.

Qeyd edək ki, cavab görüşləri fevralın 20-də keçiriləcək.

Avropa Liqası
Pley-off, ilk oyunlar
13 fevral

21:45. “Fənərbaxça” – “Anderlext” - 3:0

21:45. “Ferensvaroş” – “Viktoriya” - 1:0
21:45. “Yunion” – “Ayaks” - 0:2
21:45. “Midtyulland” – “Real Sosyedad” - 1:2
00:00. “Tvente” – “Bodo Qlimt” - 2:1
00:00. “Alkmaar” – “Qalatasaray” - 4:1

00:00. PAOK - FCSB - 1:2
00:00. “Porto” – “Roma” - 1:1

İdman.biz