“Neftçi”də vida

Xəbərlər
14 Yanvar 2025 11:04
233
“Neftçi”də vida

“Neftçi” Kilan Lebonla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2023-cü ilin yanvarında transfer olunan Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.

İdman.biz