Dünya rekordçusu - "Qalatasaray"lı

10 Yanvar 2025 11:53
560
Dünya rekordçusu - "Qalatasaray"lı

"Qalatasaray"ın belçikalı vingeri Dries Mertens 2024-cü ildə dünyada rekord göstəriciyə imza atıb.

İdman.biz "Transfermarkt"a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu hamıdan çox - 27 məhsuldar ötürmə edib.

Misir millisi və "Liverpul"un hücumçusu Məhəmməd Salah, İspaniya yığması ilə "Barselona"nın vingeri Lamin Yamal isə ötən il ərzində hərəyə 26 məhsuldar ötürmə veriblər.

Qeyd edək ki, milli matçlar və klub yarışlarındakı göstəricilər hesaba alınıb.

İdman.biz