Azərbaycan çempionatında YENİ REKORD

Xəbərlər
27 Dekabr 2024 11:33
140
Azərbaycan çempionatında YENİ REKORD

Minifutbol üzrə Azərbaycan çempionatında rekord qeydə alınıb.

İdman.biz xəbər verir ki, XII turun oyunlarında 80 qol vurulub.

Bu, mövsümün yeni rekordudur. 7 qarşılaşmada orta məhsuldarlıq 11,43-ə bərabərdir. Bunadək rekord 74 qolun vurulduğu XI turda qeydə alınmışdı.

Qeyd edək ki, 12 turun 84 oyununda ümumilikdə 667 qol vurulub.

İdman.biz

Məqalədə: