İkiqat Avropa çempionunun "Ovyedo"da ilk qolu

Xəbərlər
9 Dekabr 2024 15:49
171
İkiqat Avropa çempionunun "Ovyedo"da ilk qolu

İspaniya millisi ilə ikiqat Avropa çempionu Santi Kasorla 2023-cü ildən çıxış etdiyi "Ovyedo" klubunda ilk qolunu vurub.

İdman.biz xəbər verir ki, tanınmış futbolçu komandasının Sequndada səfərdə "Rasinq Ferrol"a 5:1 hesabı ilə qalib gəldiyi oyunda fərqlənib.

Dekabrın 13-də Santi Kasorlanın 40 yaşı tamam olacaq. Yarımmüdafiəçi karyerasının böyük hissəsini "Vilyarreal" və "Arsenal" klublarında keçirib, İspaniya millisində 81 oyunda 15 qol vurub (2008-2019).

İdman.biz

Məqalədə: