PSJ “Real”ın müdafiəçisini gündəminə aldı

Xəbərlər
25 Dekabr 2025 10:05
51
PSJ “Real”ın müdafiəçisini gündəminə aldı

İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Antonio Rüdigerin adı Fransanın PSJ klubunun transfer siyahısında yer alıb.

İdman.Biz “El Nacional” nəşrinə istinadla xəbər verir ki, PSJ rəhbərliyi heyətin arxa xəttində keyfiyyət artımı üçün konkret plan üzərində işləyir və bu plan çərçivəsində Rüdiger əsas namizədlərdən biri sayılır.

Klubun prezidenti Nasser Əl-Xelaifi futbolçuya maliyyə baxımından çox sərfəli şərtlər təklif etməyə hazırdır.

Qeyd olunur ki, Antonio Rüdigerin “Real Madrid”lə mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatır. Əgər tərəflər yeni müqavilə imzalamazsa, Paris klubu müdafiəçini azad agent kimi heyətinə qatmaq imkanı əldə edə bilər.

İdman.Biz