Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Püşk atılıb: Bolqarıstan millimizə rəqib olub - İdman və Biz

Püşk atılıb: Bolqarıstan millimizə rəqib olub

Xəbərlər
6 Dekabr 2024 12:29
248
Püşk atılıb: Bolqarıstan millimizə rəqib olub

Bu gün 17 yaşadək qız futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.

İdman.biz

Məqalədə: