20 oyunda 23 zədə hadisəsi - təsadüfdürmü?

Xəbərlər
30 Noyabr 2024 16:09
59
20 oyunda 23 zədə hadisəsi - təsadüfdürmü?

"Real Madrid"in son 11 oyunundan səkkizində bir və ya daha çox oyunçusu zədə alıb ki, onlardan sonuncusu dizaltı vətərində problem yaşayan Eduardo Kamavinqa olub.

İdman.biz "Diario AS" nəşrinə istinadən xəbər verir ki, Kral klubu bu mövsüm cəmi 20 oyun keçirməsinə baxmayaraq, ümumilikdə 23 zədə hadisəsi ilə üzləşib. Hazırda heyətdən 7 nəfər zədəlidir, amma ümumilikdə son səkkiz oyun dövründə futbolçulardan 12-si müalicə alıb.

Eder Militao və Dani Karvaxal zədə üzündən mövsümü başa vurublar. Kamavinqa, Aurelien Tçuameni, Brahim Dias və Dani Sebalyos isə müxtəlif zədələrə görə bir aydan çox meydandan kənar qalıblar.

Vəziyyət düzəlməzsə, bu, "Real"ın Zinəddin Zidanın rəhbərliyi altında bir mövsümdə 60-dan çox zədə aldığı mövsümü xatırlaya bilər.

İdman.biz

Məqalədə: