Azərbaycanlı hakim Azərbaycan üçün vacib oyunda

Xəbərlər
18 Noyabr 2024 17:36
191
Azərbaycanlı hakim Azərbaycan üçün vacib oyunda

Bu gün UEFA Millətlər Liqası çərçivəsində C liqasında Lüksemburqun öz meydanında Şimali İrlandiya ilə qarşılaşması Azərbaycan milli komandası üçün də əhəmiyyət daşıyır. Maraqlıdır ki, sözügedən oyunu Elçin Məsiyevin rəhbərliyi ilə azərbaycanlı hakimlər briqadası idarə edəcək.

İdman.biz xəbər verir ki, bu, Məsiyevin baş hakim kimi əsas milli komandalar arasında üçüncü matçı olacaq.

O, ilk dəfə keçən il AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçrə - Andorra (3:0) qarşılaşmasını idarə edib. Həmçinin bu ilin martında Bakıda keçirilən Tanzaniya – Monqolustan yoldaşlıq görüşündə (3:0) baş hakim olub.

C və D liqalarının komandaları arasında keçiriləcək pley-offa düşmək üçün Azərbaycan millisi sabah səfərdə İsveçə qalib gəlməli, digər qrupdakı Lüksemburq isə evdə Şimali İrlandiya ilə oyunda qələbə qazanmamalıdır. Lüksemburq öz meydanında 4-5 top fərqi ilə məğlub olsa, komandamızı son qarşılaşmada heç-heçə də qane edir.

İdman.biz

Məqalədə: