“Sumqayıt” braziliyalı ilə yolları ayıracaq

Xəbərlər
13 Noyabr 2024 16:44
156
“Sumqayıt” braziliyalı ilə yolları ayıracaq

Qış fasiləsində "Sumqayıt"ı tərk edəcək legionerlərdən biri artıq məlumdu.

İdman.biz xəbər verir ki, Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik ötən yay "kimyaçılar"la anlaşan Fernando da Silva ilə yolları ayırmaq qərarına gəlib.

Braziliyalı dayaq yarımmüdafiəçi "gənclik şəhəri"nin təmsilçisinin heyətində ümumilikdə cəmi 5 matça çıxıb və 1 qolun müəllifi olub. Onunla müqavilən müddəti 2026-cı ilin iyununadək nəzərdə tutulub.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi karyerası ərzində Vətənində çıxış etməklə yanaşı, Portuqaliya və Albaniyada legioner həyatı yaşayıb.

İdman.biz

Məqalədə: