Ronaldo fanatını axtarır - VİDEO

Xəbərlər
26 Oktyabr 2024 11:11
442
Ronaldo fanatını axtarır - VİDEO

“Əl-Nasr”ın kapitanı Kriştiano Ronaldo azarkeş axtarır.

İdman.biz xəbər verir ki, 39 yaşlı portuqaliyalı izləyicilərindən ağlayaraq videoya çəkilən fanatı tapmağı xahiş edib.

Ronaldonu AFC Çempionlar Liqasının 2024/25 elit mövsümünün 3-cü turunun "Esteqlal"la oyununda (1:0) görən azarkeş emosiyalarını saxlaya bilməyib.

Fanat Ronaldonun köynəyini tərsinə geyinib ki, portuqaliyalının adı öndə olsun. O, həmçinin “Ronaldo, Ronaldo” şüarını səsləndirib. Bu video Kriştianonu biganə qoymayıb. O, bu şəxsi tapmaq arzusu ilə sosial səhifəsində paylaşım edib: “Mən onu axtarıram! İstənilən məlumat üçün minnətdar olaram”.

İdman.biz