Millimiz dünya çempionatında 4-cü olub

Xəbərlər
10 Oktyabr 2024 17:56
481
Millimiz dünya çempionatında 4-cü olub

Azərbaycan millisi Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatında son oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız 3-cü yer uğrunda matçda Serbiya ilə üz-üzə gəlib.

Rəcəb Fərəczadənin yetirmələri qrup mərhələsində uduzduğu rəqibdən revanş ala bilməyiblər. Komandamız 0:3 hesabı ilə uduzaraq bürünc medal şansını qaçırıb. Beləliklə, millimiz dünya çempionatında 4-cü yeri tutub.

Qeyd edək ki, bu gün keçiriləcək finalda Çexiya və Slovakiya qarşılaşacaq.

Minifutbol üzrə U-23-lərin dünya çempionatı
3-cü yer uğrunda oyun
10 oktyabr

17:00. Azərbaycan - Serbiya - 0:3

İdman.biz