Paulo Quimbila “Qəbələ”də

Xəbərlər
6 İyul 2025 00:19
41
Paulo Quimbila “Qəbələ”də

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir legioner qatıb.

İdman.biz xəbər verir ki, “qırmızı-qaralar” Paulo Quimbilanı transfer ediblər.

Anqolalı sağ vingerlə 3 illik müqavilə imzalanıb. 19 yaşlı futbolçu son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu və İsaak Amoah kimi legionerlərlə heyətini gücləndirib.

İdman.biz