“Lill”in yetirməsi "Neftçi"də!

Xəbərlər
5 İyul 2025 22:21
46
“Lill”in yetirməsi "Neftçi"də!

“Neftçi” mövsümlərarası fasilədə növbəti transferini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, paytaxt klubu İmad Farajın keçidini açıqlayıb.

Fransalı sağ vingerlə 3 illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu ilə “Lill”in akademiyasında yetişib. Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub.

Qeyd edək ki, İmad Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

İdman.biz