Veteran futbolçu bıçaqlanaraq öldürülüb

Xəbərlər
30 Sentyabr 2024 15:55
445
Veteran futbolçu bıçaqlanaraq öldürülüb

CAR-nın sabiq futbolçusu Elton Meirinq 48 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, veteran futbolçu bıçaqlanaraq öldürülüb.

Elton karyerası ərzində yalnız ölkəsinin komandalarında forma geyib. O, 2012-ci ildə futbolla vidalaşıb.

Qeyd edək ki, Merinq son olaraq ölkəsinin həvəskar klubu olan “Luso Afrika”da çalışıb.

İdman.biz

Məqalədə: